Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Göyçayda dənli və texniki bitkilərin, meşələrin yanğın təhlükəsizliyinin təmin edilməsi mövzusunda müşavirə keçirilib

17 may 2023 | 14:57

17 may 2023-cü il tarixdə Göyçay Rayon İcra Hakimiyyətində dənli və texniki bitkilərin yığılması, daşınması, saxlanılması və emalı dövründə yanğın təhlükəsizliyi tədbirləri, eləcə də meşələrin yanğın təhlükəsizliyinin təmin edilməsi mövzusunda müşavirə keçirilib.

Müşavirədə Göyçay Rayon İcra Hakimiyyəti başçısının birinci müavini İkram Vəliyev, Dövlət Yanğın Nəzarəti Xidməti Aran Regional Dövlət Yanğın Nəzarət İdarəsinin rəisi Elnur Babayev, Göyçay Dövlət Aqrar İnkişaf Mərkəzinin  direktoru Elçin İsmayılov, Rayon İcra Hakimiyyəti başçısının şəhər və kənd inzibati ərazi dairələri üzrə nümayəndələri, bələdiyyə sədrləri, fermerlər, aidiyyəti idarə, təşkilat rəhbələri iştirak edib.

Seminar-müşavirədə rayon İcra Hakimiyyəti başçısının birinci müavini, fövqəladə hallar komissiyasının sədri İkram Vəliyev yanğın təhlükəsizliyi ilə bağlı görülən işlərdən, həyata keçirilən tədbirlərdən danışıb, bu sahədə Dövlət Yanğın Nəzarəti Xidməti ilə birgə fəaliyyətin səmərəli olduğunu bildirib. 

Sonra Dövlət Yanğın Nəzarəti Xidməti Aran Regional Dövlət Yanğın Nəzarət İdarəsinin rəisi Elnur Babayev çıxış edərək son illər yanğın təhlükəsizliyi ilə bağlı aparılan tədbirlərdən, elektrik və qaz təsərrüfatından istifadə zamanı qüvvədə olan normativ sənədlərin tələblərinə riayət olunmasından, yanğınların söndürülməsində mühüm rol oynayan su mənbələrinin vəziyyətindən, ilkin yanğınsöndürən vasitələrlə təchizatdan, avtomatik yanğınxəbərverici və yanğınsöndürmə qurğularının əhəmiyyətindən bəhs edib.

Seminar-müşavirədə rayon ərazisində açıq sahələrdə yanğın təhlükəsi yaradan quru ot, kol-kos, məişət tullantılarının vaxtında təmizlənməsi ilə əlaqədar aidiyyəti təşkilatlar qarşısında məsələlər qaldırılıb, yanğın təhlükəsizliyi ilə bağlı müvafiq qaydalar izah olunub, yerli idarəetmə orqanları tərəfindən də əhali arasında sözügedən sahəyə dair maarifləndirmə işinin aparılmasının vacibliyi diqqətə çatdırılıb.

Tədbirdə mövzu ilə bağlı geniş müzakirələr aparılıb, zəruri tövsiyələr verilib, suallar cavablandırılıb.

Keçidlər