Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Göyçayda daşınmaz əmlak sahəsində mövcud qanunvericiliyin tələblərinin tətbiq olunması ilə əlaqədar iclas keçirilib

10 iyul 2024 | 12:38

09 iyul 2024-cü il tarixdə rayon icra hakimiyyətinin inzibati binasında Azərbaycan Respublikası Prezidentinin 2181 nömrəli “Qeyri-yaşayış təyinatlı bəzi tikinti obyektlərinin istismarına icazə verilməsi ilə bağlı əlavə tədbirlər haqqında” və 818 nömrəli “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Fərmanlarının icrasının tətbiq olunması, həmçinin vətəndaşların daşınmaz əmlak sahəsində etdikləri müraciətləri və onların problemlərinin aradan qaldırılması, eləcə də digər qanunvericiliyin tələbləri əsasında həllinə baxılması barədə iclas keçirilmişdir.

İclasda Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 16 saylı Ucar ərazi idarəsinin rəisi Fikrət Nuşiyev, Göyçay Rayon İcra Hakimiyyəti başçısının müavini Kamil Xəlilov, Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanlari ilə iş şöbəsinin müdiri Yusif Cəbrayılov, RİH başçısının inzibati ərazi dairələri üzrə nümayəndələri, bələdiyyə sədrləri iştirak etmişdir.

Keçidlər