Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Göyçayda çəltiyin emalı və qablaşdırılmasını həyata keçirən emal müəssisələrinin yaradılmasının dəstəklənməsi ilə bağlı sahibkarla görüş keçirilib

23 dekabr 2024 | 14:54

“Azərbaycan Respublikasında çəltikçiliyin inkişafına dair 2018–2025-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 3657 nömrəli sərənacmının 8.4.4 bəndinin icrası ilə bağlı Göyçay Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında çəltikçilik təsərrüfatı ilə məşğul olan sahibkarla görüş keçirilib.

Görüşdə çəltiyin emalı və qablaşdırılmasını həyata keçirən emal müəssisələrinin yaradılmasının dəstəklənməsi ilə bağlı Aqrar İnkişaf Mərkəzinin nümayəndəsi çıxış edərək qeyd edib ki, ötən il 135 hektarda çəltik əkən, hər hektardan 42 sentner olmaqla 567 ton məhsul götürən ailə fermer təsərrüfatları cari mövsümdə əkin sahələrini azı 140 hektara çatdırıblar.

Bu il çəltik əsasən rayonun Alpont, Mirzəhüseynli, Çərəkə, Çaxırlı və Müskürlü icra nümayəndəliklərinin ərazilərində daha çox əkilib. Bu ərazilərdə yerli bazarlarda tələbatın heç də az olmadığı, ailə büdcəsinə xeyli gəlir gətirən çəltikçiliyə maraq ildən-ilə artır. Hər yerdə artıq əkin aparılacaq ərazilər müəyyəniləşdirilib, şum üçün hazırlıq işləri görülüb. Əkin üçün kifayət qədər toxum tədarük olunub. 

Keçidlər