Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Göyçayda “Bioloji müxtəlifliyi yanğından qoruyaq” mövzusunda kənd sakinləri ilə maarifləndirici görüş keçirilib

25 iyun 2024 | 15:51

25 iyun 2024-cü il tarixdə Türyançay Dövlət Təbiət Qoruğu və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən qoruğa yaxın yaşayan Göyçay rayonunun İkinci Ərəbcəbirli kənd sakinləri üçün “Bioloji müxtəlifliyi yanğından qoruyaq” mövzusunda maarifləndirici görüş keçirilərək, təmizlik aksiyası təşkil olunub.

Görüşdə Türyançay Dövlət Təbiət Qoruğunun direktoru Muğdət Əliyev, Aran Regional Dövlət Yanğın Nəzarət İdarəsinin Dövlət Yanğın Nəzarət şöbəsinin inspektoru Ayaz Umudov iştirak ediblər.

Kənd sakinləri ilə görüşdə biomuxtəlifliyin qorunması, əhəmiyyəti, bu sahədə görülən işlər, xüsusi mühafizə olunan təbiət əraziləri bərədə məlumatlar verilib.

Keçidlər