Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Göyçayda Beynəlxalq Könüllülər Günü qeyd edilib

05 dekabr 2024 | 10:30

5 dekabr - Beynəlxalq Könüllülər Günü münasibətilə Göyçayda könüllülərlə görüş keçirilib.

Göyçay Heydər Əliyev Mərkəzində baş tutan tədbirdə Göyçay Rayon İcra Hakimiyyəti başçısının müavini Zivər Zeynalova çıxış edərək gənclərə “Könüllülük nədir?", "Könüllü olmağın faydaları və üstünlükləri” mövzularında ətraflı məlumat verib. O, eyni zamanda gənclərə müxtəlif könüllü təşkilatlarda aktiv üzv olmağı tövsiyə edib.

Daha sonra, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Dağlıq Şirvan regional nümayəndəliyinin rəhbəri Coşqun İsmayılov çıxış edərək, könüllülük sahəsində həyata keçirilən layihələrdən və xüsusilə "Regionun gənc eko-səfirləri" proqramından bəhs edib.

Tədbirin sonunda iştirakçılar könüllülük mövzusunda hazırlanan videçarxa baxılıb və çay süfrəsi arxasında maraqlı fikir mübadilələri aparılıb.

Keçidlər