Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Göyçayda baytarlıq sahəsində həyata keçirilən xidmətlərin təkmilləşdirilməsi ilə bağlı seminar keçirilib

02 mart 2026 | 18:20

Tədbirdə Göyçay Rayon İcra Hakimiyyəti başçısı aparatının rəhbər şəxsləri, inzibati ərazi dairəsi üzrə nümayəndələr, bələdiyyə sədrləri, Göyçay Dövlət Aqrar İnkişaf Mərkəzinin, Aqrar Xidmətlər Agentliyinin Göyçay Rayon Heyvan Sağlamığı və Baytarlıq Xidməti İdarəsinin əməkdaşları iştirak etmişdir.

Çıxış edənlər baytarlıq tədbirlərinin həyata keçirilməsi ilə bağlı təkliflərini bildirmiş və onların təklifləri nəzərə alınmışdır. Bundan əlavə rayon ərazisində baytarlıq tədbirlərinin həyata keçirilməsi ilə bağlı baytarlıq subyektlərinə zəruri köməkliklərin göstərilməsi məqsədilə bu sahədə məsul şəxslərə müvafiq tapşırıqlar verilmişdir. Həmçinin dövlət tərəfindən maliyyələşdirilən xüsusi təhlükəli xəstəliklərə qarşı iri və xırda buynuzlu heyvanların peyvənd edilməsinin yerinə yetirilməsi işlərində təsərrüfat sahibləri ilə maarifləndirici söhbətlərin aparılması, bu sahədə çətinliklərin aradan qaldırılması ilə bağlı baytarlıq mütəxəssislərinə müvafiq köməkliklər göstərilməsi kənd inzibati ərazi dairələri üzrə nümayəndələrin nəzərinə çatdırılmışdır.   

Keçidlər