Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Göyçayda baramanın ilkin təhvilinə başlanılmışdır

07 iyun 2022 | 10:10

Azərbaycan Respublikası Prezidentinin 27 noyabr 2017-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında baramaçılığın və ipəkçiliyin inkişafına dair 2018–2025-ci illər üçün Dövlət Proqramı”na əsasən Göyçay rayonunda baramaçılığın inkişafına xüsusi diqqət göstərilir.

6 iyun 2022-ci il tarixdə Rayon İcra Hakimiyyətinin başçısı səlahiyyətlərini müvəqqəti icra edən İkram Vəliyev, RİH başçısı aparatının əməkdaşları barama qurdlarının becərilməsi vəziyyəti ilə tanış olmaq məqsədilə Şəhadət və Çərəkə kəndlərində kümdarlarla görüş keçirib.

Rayon ərazisində  barama qurdunun saxlanılması üçün yaradılan şəraitlə tanış olmuş, barama qurdlarına baxış keçirilmiş və onların yem bazası ilə təminatının vəziyyəti ilə maraqlanmışlar.

Rayonda ipəkqurdlarını bəsləmək üçün kifayət qədər yem bazası vardır və son 1 ildə rayon ərazisində 12 min ədəd tut tingi əkilmişdir.

2022-ci ilin məhsulu üçün Göyçay rayonuna Qax Damazlıq İpəkçilik Stansiyasının istifadəsində olan Ağsu rayon yaş baramanın qurudulması üçün yığım məntəqəsindən 150 qutu ipəkqurdu toxumu gətirilərək kümçülərə paylanmış və 245 nəfər işlə təmin olunmuşdur.

İpəkqurdu 5 yaş dövrü keçmiş, hazırda şaxlanma dövründədir və baramanın ilkin təhvilinə başlanmışdır. Bu il qəbul məntəqəsinə 6 ton-dan yuxarı barama təhvil verilməsi nəzərdə tutulub.

Mövcud vəziyyətlə yerində tanış olan Rayon İcra Hakimiyyətinin başçısı səlahiyyətlərini müvəqqəti icra edən İkram Vəliyev bəzi tapşırıq və tövsiyələrini də verib.

Keçidlər