Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Göyçayda Azərbaycanda Milli Mətbuatın yaranmasının 150 illik yubileyi münasibətilə veteran jurnalistlər təltif olunub

21 iyul 2025 | 17:56

Azərbaycanda Milli Mətbuatın yaranmasının 150 illik yubileyi münasibətilə veteran jurnalistlərin və rayon ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə rayon icra hakimiyyətinin inzibati binasında tədbir keçirildi.

Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək üzərinə gül-çiçək dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər.

Rayon icra hakimiyyətinin akt zalında davam edən tədbiri giriş sözü ilə açan rayon icra hakimiyyətinin başçısı Natiq Ağayev bildirib ki, Azərbaycanın mətbuat tarixi Həsən bəy Zərdabinin 1875-ci ildə yaratdığı “Əkinçi” qəzetinin nəşri ilə başlamış və qəzetin ilk sayının işıq üzü gördüyü gün — 22 iyul, hazırda Azərbaycanda Milli Mətbuat və Jurnalistika Günü kimi qeyd olunur.

Ötən illər ərzində Azərbaycan mətbuatı böyük, keşməkeşli yol keçmişdir. “Əkinçi” qəzeti ilə əsası qoyulan milli mətbuatımızın təməl ideyalarına daim sadiq qalan peşəkar və ixtisaslı Göyçay jurnalistləri rayon sakinlərinin dolğun və düzgün məlumat əldə etmək hüquqlarını təmin etməklə cəmiyyətimizin tərəqqisi naminə öz səylərini əsirgəməməlidirlər.

Azərbaycanın dövlətçilik maraqları həmişə uca tutulmalı, saxta və yalan məlumatlara yol verilməməlidir. Vətənpərvərlik, yüksək milli şüur, ali məqsədlər uğrunda media nümayəndələri var gücləri ilə çalışmalıdırlar.

Azərbaycan Milli Mətbuatının yaranmasının 150 illik yubileyi münasibətilə, uzun illər ölkənin müxtəlif kütləvi informasiya vasitələrində səmərəli fəaliyyət göstərən “Ədalət” qəzetinin redaktor müavini Məzahir Əhmədova və “Göyçay” qəzetinin redaktoru Adil Məmmədova rayon icra hakimiyyəti başçısının Təşəkkürnaməsi və hədiyyələri təqdim edilib.

M. Əhmədov və A. Məmmədov çıxış edərək göstərilən diqqətə görə öz minnətdarlıqlarını bildiriblər.

Keçidlər