Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Göyçayda Azərbaycan Respublikasının Xalq Artisti Valeh Kərimovun 80 illik yubileyi qeyd edilib

13 iyun 2024 | 18:55

12 iyun 2024-cü il tarixdə Göyçay rayon Mədəniyyət Mərkəzində Azərbaycan Respublikasının Xalq Artisti Valeh Kərimovun 80 illik yubileyi qeyd edilib.

Tədbirdə Göyçay Rayon İcra Hakimiyyəti başçısı aparatının məsul şəxsləri, rayonun mədəniyyət sahəsində çalışan əməkdaşları və ictimaiyyət nümayəndələri iştirak edib.

Rayon İcra Hakimiyyəti başçısının Azərbaycan Respublikasının Xalq Artisti, Prezident təqaüdçüsü Valeh Kərimova ünvanladığı təbrik məktubunun səslənməsi ilə başlanan tədbirdə qeyd edilib ki, V.Kərimov izləyicilərin hisslərinə və duyğularına təsir etməyi bacaran, onların düşüncələrinə təkan verməklə bir səhnə janrından digərinə ustalıqla keçid edir. Yüksək peşəkarlığın nəticəsidir ki, V.Kərimov komediya aktyoru kimi tanınmasına baxmayaraq, dramatik-psixoloji rollarda da mükəmməl oyun tərzi nümayiş etdirir.

Sonra V.Kərimovun vaxtı ilə təhsil aldığı Göyçay Mexanikləşdirilmə və Elektrikləşdirilmə Texnikumu, hazırda isə Göyçay Dövlət İdarəetmə və Texnologiya Kolleci adlanan təhsil müəssisəsinin direktoru Samir Dadaşov xalq artistini yubileyi münasibətilə təbrik edib.

Daha sonra Valeh Kərimov tamaşaçılar tərəfindən aktyorluq sənəti ilə bağlı verilən sualları cavablandırıb və Mingəçevir Dövlət Dram Teatrının rəhbəri respublikanın əməkdar artisti İntiqam Soltan, gənc aktirisalar Aytən İsmayılova, Lalə Abuşova ilə birgə səhnəciklər nümayiş edilib.

Keçidlər