Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Göyçayda Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin partiyanın VIII Qurultayındakı nitqindən irəli gələn vəzifələrə dair müşavirə keçirilib

15 oktyabr 2026 | 17:19

Müşavirədə Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Orxan Mürsəlov, YAP Göyçay rayon təşkilatının sədri, idarə, müəssisə və təşkilatların rəhbərləri, şəhid ailələri, müharibə iştirakçıları və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

İcra Hakimiyyətinin başçısı Orxan Mürsəlov yeni ictimai-siyasi və geosiyasi vəziyyətdə keçirilən VIII Qurultayda cənab Prezidentin ölkənin gələcək inkişafına hesablanmış proqram xarakterli çıxışında xalqımızın milli maraqlarına söykənən strateji hədəflərdən, təhlükəsizlikdən və əhalinin sosial rifahının yaxşılaşdırılması istiqamətində qarşıya qoyulmuş vəzifələrdən danışıb. Rayon rəhbəri dahi şəxsiyyət Heydər Əliyevin söylədiyi kimi “Müstəqilliyimiz əbədidir, daimidir, dönməzdir” ideyalarına sadiqliyimizi nümayiş etdirməyin ən bariz nümunəsinin xalqımızın müzəffər lideri cənab İlham Əliyevin ətrafında birləşməli olduğunu bildirib. O.Mürsəlov cənab Prezidentin bəyanatlarından irəli gələrək hər birimizin üzərinə böyük bir vəzifənin düşdüyünü vurğulayıb və hər kəsin öz sahəsində bilik və bacarıqlarını xalqımızın rifahı və gələcəyi üçün əsirgəməməli olduğunu bildirib.

Şəhid Elnur Əliyevin anası Tahirə Əliyeva şəhid ailələri adından çıxış edərək Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin tam bərpasından sonra keçirilən YAP-ın VIII Qurultayın əhəmiyyətindən danışıb və onun “Zəfər qurultayı” kimi yadda qaldığını bildirib. Tahirə Əliyeva şəhid ailələrinə göstərilən diqqət və qayğının dövlətin vətəndaşlara verdiyi yüksək dəyərin bariz nümunəsi olduğunu bildirmişdir.

Müşavirədə çıxış edən rayon Ağsaqqallar Şurasının sədri Nazir Əhmədov, müharibə iştirakçısı Süleyman Səfərov, Qaraxıdır kənd tam orta məktəbinin Əməkdar müəllimi Pərviz Yəhyalı, qurultay nümayəndəsi Firəngiz Məmmədyarova və Dövlət Sosial Müdafiə Fondu Publik Hüquqi şəxsin 2 saylı Mərkəzi Aran Regional Ərazi filialının direktoru İlqar Səmədov qurultayın əhəmiyyətindən, ölkənin inkişaf strategiyasından və müəyyənləşdirilmiş prioritet istiqamətlərdən bəhs ediblər. Çıxışlarda ideoloji təhlükəsizliyin müasir dövrün əsas çağırışlarından biri olduğu vurğulanıb, bu istiqamətdə təhsilin və vətənpərvərlik tərbiyəsinin mühüm rolu qeyd edilib.

Keçidlər