Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Göyçayda Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin yenidən hakimiyyətə gəldiyi gün 15 iyun - Milli Qurtuluş Günü qeyd olunub

11 iyun 2026 | 14:10

Göyçayda Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin yenidən hakimiyyətə gəldiyi gün 15 iyun  - Milli Qurtuluş Günü qeyd olunub.

Tədbirdə Göyçay Rayon İcra Hakimiyyətinin başçısı, YAP Göyçay rayon təşkilatının sədri, rayonun hüquq mühafizə orqanları, idarə, müəssisə və təşkilat rəhbərləri, şəhid ailələri, vətən müharibəsi iştirakçıları və rayon ictimaiyyətinin nümayəndələri Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edərək, önünə gül dəstələri düzüb, dahi şəxsiyyətin əziz xatirəsini ehtiramla yad ediblər.

RİH başçısı Orxan Mürsəlov çıxışında Ümummilli Lider Heydər Əliyevin xilaskarlıq missiyasından və dövlətçiliyimizin möhkəmləndirilməsindəki misilsiz xidmətlərindən bəhs edərək 15 İyun – Milli Qurtuluş Gününün xalqımızın qürur, minnətdarlıq və gələcəyə inam rəmzi olduğunu vurğulayıb.

Keçidlər