Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Göyçayda Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair dəyirmi masa keçirilib

01 avqust 2025 | 14:46

Azərbaycan Respublikasının Prezidentinin “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair” 2013-cü il 9 aprel tarixli 2837 nömrəli Sərəncamının 6.2.3 bəndinin icrası ilə bağlı Göyçayda 01 avqust 2025-ci il tarixdə dəyirmi masa keçirilmişdir.

Tədbir iştirakçıları Ümummilli Liderin  abidəsi önünə gül-çiçək  dəstələri düzüb, xatirəsini ehtiramla yad etmişlər.

Tədbiri giriş sözü ilə açan rayon icra hakimiyyətinin başçısının müavini Zivər Zeynalova qeyd edib ki, Ümummilli Lider Heydər Əliyev Azərbaycan ədəbi dilinin saflığına daim diqqət və qayğı göstərmişdir. Ulu Öndər öz çıxışlarında hər bir xalqın milliliyini, mənəvi dəyərlərini yaşadan və inkişaf etdirən onun  ana dili olduğunu xüsusi qeyd etmişdir. Ümummilli Liderin səyi və təşəbbüsü ilə 1978-ci ildə aprelin 27-də Azərbaycan SSRİ Konstitusiyasına “Azərbaycan SSR-nın dövlət dili Azərbaycan dilidir” maddəsi yazılmışdır.

Tədbirdə çıxış edən respublikanın əməkdar müəllimi Adil Məmmədov Heydər Əliyev Mərkəzinin məsul əməkdaşları Könül Musayeva, Ülkər Abdullayeva bildiriblər ki, 1995-ci ildə qəbul edilən milli konstitusiyada Azərbaycan dili milli dövlətçiliyimizin rəmzlərindən biri olaraq təsbit edilib. Ulu Öndərin “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında”  Fərmanı müasir dövrün tələblərinə uyğun dil siyasətinin əsasını qoyub. Bu Fərman əsasında Azərbaycan Prezidenti yanında Dövlət Dil Komissiyası yaradılıb, dövlət dilinin tətbiqi və qorunması sahəsində ardıcıl və sistemli fəaliyyətə başlanılıb, həmçinin dövlət idarəçiliyində və informasiya resurslarında Azərbaycan dilinin üstünlüyü təmin edilib.

Sonda videoçarx nümayiş etdirilib.

Keçidlər