Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Göyçayda aqroturizmin inkişaf etdirilməsi məqsədilə yeni yaşıllıq sahəsinin salınmasına başlanıldı

25 iyul 2023 | 17:28

Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə əlaqədar xüsusi layihə əsasında aqroturizmin inkişafı və ətraf mühitin mühafizəsi, həmçinin insanların sağlam təbii şəraitdə yaşamasını təmin etmək məqsədilə yeni yaşıllıq sahəsinin salınmasına başlanıldı.

Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə reallaşan növbəti yaşıllaşdırma sahəsi şəhərin Heydər Əliyev prospekti ilə Natəvan küçəsi ərazisində yerləşən Göyçay Dayaq Məntəqəsinə məxsus ərazidə təşkil edilib.

25 iyul 2023-cü il tarixdə Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev və aidiyyəti idarə, təşkilat rəhbərləri yeni salınan yaşıllıq sahəsində görülən işlərlə bağlı əraziyə baxış keçirərək lazımı tapşırıq və tövsiyələr verildi.

Rayon ərazisində müxtəlif yerlərdə yaşıllıqların salınması və parkların sayının artırılması diqqət mərkəzində saxlanılır.

Keçidlər