Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Göyçayda Aqrar Sığorta Fondu tərəfindən regional tədbir keçirildi

08 avqust 2023 | 10:28

Göyçay rayonunda 04 avqust 2023-cü il tarixdə “Dayanıqlı fermer fəaliyyəti üçün aqrar sığorta” mövzusunda regional tədbir keçirilib.

Aqrar Sığorta Fondu, Göyçay rayon İcra Hakimiyyəti və Göyçay Dövlət Aqrar İnkişaf Mərkəzinin təşkilatçılığı ilə keçirilən tədbirdə Mərkəzi Aran iqtisadi rayonunda aqrar sığortanın tətbiqi, ölkədə baş verən təbii fəlakət və fermerlərə ödənişlər, bu sahədə gözlənilən yeniliklər müzakirə edilib.

Tədbirdə Aqrar Sığorta Fondunun idarə heyətinin sədri Fuad Sadıqov bildirib ki, aqrar sığorta dövlətin fermerlərə dəstək tədbirlərinin davamıdır. Belə ki, aqrar sığorta haqqının 50%-in fermerlərə dəstək üçün dövlət özü ödəyir.

Onun sözlərinə görə, 2022-ci ildə Mərkəzi Aran Regionunda fermer və təsərrüfatlara 350 min manata yaxın, 2023-cü ilin ilk yarısında isə 260 min manat sığorta ödənişi edilib.

Fond sədri bildirib ki, havaların qeyri-sabit keçməsi, leysan yağışları, sel və daşqınlar səbəbindən sığorta hadisələri ötən ilə nisbətən kəskin artıb. Bu hadisələr nəticəsində fermerlərə dəyən zərərin ödənilməsinə növbəti həftələrdə başanılacaq.

Görüşdə fermerlərə Aqrar Sığorta Fondunun elektron yenilikləri – «Aqrar Sığorta Kalkulyatoru» və «Sığorta şəhadətnaməsini yoxla» xidmətləri barədə məlumat verilib. Bildirilib ki, istənilən fermer bu xidmətlər vasitəsilə sığorta haqqını hesablaya və sığorta şəhadətnəməsini yoxlaya bilər.

Tədbirdə iştirak edən müstəqil aqrar sığorta eksperti Rəşad Məmmədov fermerlərin əkin sahələrinin aqrar sığortası ilə bağlı suallarını cavablandırıb.

Regional görüşdə Mərkəzi Aran regionunda aqrar sığortanın tətbiqinə dəstək olan şəxslərə təşəkkürnamələr təqdim edilib.

Tədbirdən sonra Göyçay rayonunun Üngütlü kəndində nümunəvi təsərrüfata, meyvə bağına baxış keçirilib.

Keçidlər