Göyçayda ali məktəbələrə qəbul olunmuş tələbələrlə görüş keçirildi
11 sentyabr 2023-cü il tarixdə Göyçay Rayon Heydər Əliyev Mərkəzində ali məktəbələrə qəbul olunmuş tələbələrlə görüş keçirildi.
Görüşdə Göyçay rayon İcra Hakimiyyəti başçısının müavini Zivər Zeynalova, Göyçay Təhsil sektorunun müdiri Rauf Məmmədov, rayonun təhsil işçiləri, bu il ali məktəbələrə qəbul olunmuş tələbələr və onların valideynləri iştirak ediblər.
Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül-çiçək dəstələri düzdükdən sonra görüş iştirakçıları Göyçay rayon Heydər Əliyev Mərkəzində Ulu Öndərin həyat və fəaliyyətini, Göyçay rayonuna səfərlərini əks etdirən foto sərgi ilə tanış olublar.
Tədbiri giriş sözü ilə açan rayon Təhsil Sektorunun əməkdaşı Lütviyar Qurbanov tələbə adını qazanan 374 nəfərdən 6 nəfərinin 600-dən yuxarı, 44 nəfərin isə 500-dən yuxarı bal toplayaraq tələbə adına layiq görüldüklərini vurğulayıb.
Göyçay rayon İcra Hakimiyyəti başçısının müavini Zivər Zeynalova çıxış edərək bu il ali məktəbə qəbul olunanların çox əlamətdar bir ildə tələbə adına layiq görüldüklərini qeyd edib.
Belə ki, bu il bütün ömrünü Azərbaycana həsr etmiş dahi şəxsiyyət Ulu Öndər Heydər Əliyevin adı ilə bağlı olduğu xüsusi vurğulanıb. “Heydər Əliyev ili”ndə Qalib ölkənin tələbələri gələcəkdə Qarabağda aparılan böyük quruculuq işlərində peşəkar mütəxəssis kimi əmək fəaliyyətinə başlaya biləcəkləri vurğulanıb.
Göyçay Təhsil sektorunun müdiri Rauf Məmmədov, şəhər 1 nömrəli tam orta məktəbin direktoru Sevda Məmmədova tələbələrə uğurlar və naliyyətlər arzu ediblər.
Ali məktəblərə qəbul prosesində 600 baldan yüksək nəticə göstərən Qüdrət Xudaverdiyev, Nihat Nəsirov, Türkan Kərimli, Ləman Həsənzadə, Zəhra Əlizadə və Əli Axundova rayon icra hakimiyyətinin hədiyyələri təqdim edilib.
Tələbələr onlara göstərilən diqqətə görə rayon rəhbərliyinə təşəkkürlərini bildiriblər.
Tədbir rayon məktəblilərinin hazırladığı ədəbi-bədii kompozisiya ilə davam edib.