Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Göyçayda ali məktəbə qəbul olan tələbələrlə görüş keçirildi

12 sentyabr 2022 | 17:15

Sentyabr ayının 12-də Heydər Əliyev Mərkəzində ali məktəblərə qəbul olan tələbələrlə görüş keçirildi.

Görüşdə rayon İcra Hakimiyyəti başçısı səlahiyyətlərini müvəqqəti icra edən İkram Vəliyev, Mərkəzi Aran Regional Təhsil İdarəsinin Göyçay rayonu üzrə Təhsil sektorunun müdiri  Rahib Burcalıyev, Dövlət İmtahan Mərkəzinin Göyçay Regional Bölməsinin müdiri Elnur Qədirov, Yeni Azərbaycan Partiyası rayon Təşkilatının sədri Sahib Şükürov, Təhsil şöbəsinin nümayəndələri, müəllimlər və ali məktəbə qəbul olmuş tələbələr iştirak edirdilər.

Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edərək abidə önünə  gül-çiçək dəstələri düzmüşlər.

Rayon İcra Hakimiyyəti başçısı səlahiyyətlərini müvəqqəti icra edən İkram Vəliyev tədbirdə iştirak edən çoxsaylı tələbələri əldə etdikləri böyük uğur və nailiyyət, həmçinin tələbə adına layiq görülmələri münasibətilə səmimi qəlbdən təbrik etmiş, hər birinə uğurlarının davamlı olmasını arzu etmişdir.  

 İ.Vəliyev çıxışında ölkədə təhsilin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində mühüm işlər görüldüyünü, yeni məktəb binalarının tikildiyini və əsaslı təmir işlərinin aparıldığını, bütün bunların gənclərin yüksək  səviyyədə təhsil almağına və layiqli vətəndaş olmaqlarına şərait yaratdığını vurğulamışdır.  Görülən bütün işlərin ölkə prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təhsilə göstərdikləri xüsusi diqqət və qayğısından irəli gəldiyini bildirmişdir.

 Bu il tələbə adını qazanan 381 nəfər məktəb məzunlarından 13 nəfəri  600-dən yüksək nəticə əldə etmişdir. İkram Vəliyev çıxışında bu il tələbə adına layiq görülənlərin bütöv, ərazisi işğal altında olmayan Qalib bir ölkənin, “Şuşa ili” nin tələbələrinin olduğunu vurğulanmışdır.

Tədbirdə çıxış edən Mərkəzi Aran Regional Təhsil İdarəsinin Göyçay  rayonu üzrə təhsil sektorunun müdiri  Rahib Burcalıyev, Dövlət İmtahan Mərkəzinin Göyçay Regional Bölməsinin müdiri Elnur Qədirov, Yeni Azərbaycan Partiyası rayon Təşkilatının sədri Sahib Şükürov gəncləri  tələbə adını qazanmaları münasibətilə təbrik etmiş və onların yorulmadan çalışacaqlarına, valideynlərini, doğmalarını müsbət nəticələrlə sevindirəcəklərinə əmin olduqlarını bildirmişlər.

Sonda  ali məktəbə qəbul zamanı 600 baldan yüksək nəticə göstərmiş tələbələrə hədiyyələr təqdim olunmuşdur.

Keçidlər