Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Göyçayda ailə dəyərlərinin təbliği məqsədilə silsilə tədbirlər təşkil olunur

20 dekabr 2023 | 18:30

Azərbaycanda milli-mənəvi dəyərlərin qorunması, onlardan irəli gələn ənənələrin yaşadılması məqsədilə mütəmadi olaraq tədbirlər təşkil olunur.

 Bu məqsədlə Göyçay şəhər 1 nömrəli tam orta məktəbin yuxarı sinif şagirdləri ilə maarifləndirmə tədbiri keçirilmişdir.

Tədbirdə Göyçay rayon Polis Şöbəsinin rəisi polkovnik Müqalib Abdıyev, rayon icra hakimiyyəti başçısı aparatının məsul əməkdaşları, rayon Təhsil sekorunun və Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin Regional bölməsinin nümayəndələri iştirak ediblər.

Çıxış edənlər bildiriblər ki, Azərbaycan ailəsi həmişə uzunömürlülüyü və möhkəmliliyi ilə seçilib. Bu, əsasən milli-mənəvi dəyərlərin, adət-ənənələrin qorunub saxlanılmasından, müasir dövrə uyğunlaşdırılmasından irəli gəlir. Azərbaycan ailəsi dünyada ən yaxşı ailə modellərindən biri hesab olunur. Lakin cəmiyyətimizdə erkən və qohum nikahlarına hələdə yol verən ailələr mövcuddur. Erkən və qohum nikahlarının fəsadları barədə təbir iştirakçılarına geniş məlumat verilib.

Ümummilli liderimizin yolunu uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən sosial-iqtisadi siyasət ailələrin rifahının yaxşılaşdırılmasına, sosial müdafiəsinin gücləndirilməsinə, uşaq və yeniyetmələrin həm fiziki, həm də mənəvi cəhətdən güclü nəsil kimi formalaşdırılmasına, ümumən, milli genefondumuzun möhkəmlənməsinə xidmət edir.

Tədbir iştirakçıları narkomaniya ilə mübarizə sağlam cəmiyyətin formalaşması baxımından əsas məqsəd və vəzifə olduğunu qeyd edərək bildirdilər ki, bəşəriyyət üçün bəla olan, irqindən, yaşından, dinindən asılı olmayaraq bütün xalqları, millətləri düşündürən ən ağrılı problemlərdən biri də narkomaniyadır ki, bir çox cinayətin törəmə səbəbləri arasında birinci sıralarda yer alan narkomanlığa aludəçilik həmişə gizli şəraitdə baş verir, nəzarətdən kənarda qalır və durmadan artır.

Sonda şagirdləri maraqlandıran suallar cavablandırılıb.

Keçidlər