Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Göyçayda ahıl şəxslərin cəmiyyətə inteqrasiyası diqqət mərkəzindədir

19 noyabr 2024 | 17:19

Göyçay rayonunda Azərbaycan Respublikası Prezidentinin 28 avqust 2023-cü il tarixli Sərəncamı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında sosial xidmətin inkişafına dair 2023–2026-cı illər üçün Dövlət Proqramı”nın 8.4.7. bəndinin icrasının təmin edilməsi məqsədilə ahıl şəxslərin cəmiyyətə inteqrasiyası daim nəzarətdə saxlanılır və müvafiq tədbirlər görülür.

Rayon İcra Hakimiyyəti olaraq bu Sərəncamın Tədbirlər Planının 8.4.7-ci bəndinə əsasən Göyçay rayonunda yaşayan ahıl şəxslərin cəmiyyətə inteqrasiyası, cəmiyyətin sosial-iqtisadi həyatında fəal iştirakı, ictimai faydalı fəaliyyətə cəlb edilməsi, onların bilik və bacarıqlarından məqsədyönlü istifadə olunması, asudə vaxtlarının səmərəli təşkili ilə məqsədilə mütəmadi görüşlər keçirilmişdir.

Görüşlərdə ahılların cəmiyyətin bərabərhüquqlu vətəndaşları olmalarından, onlara ehtiram göstərməyin yüksək insani keyfiyyət olmasından bəhs edilmişdir. Bununla yanaşı, yaşlıların həyat təcrübəsindən, bilik və bacarıqlarından bəhrələnmək barədə, o cümlədən onların nəsillər arasında körpü yaratmaq, varislik əlaqəsini bərpa etmək baxımından zəruri xidmətlərindən söz açılmışdır.

Keçidlər