Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Göyçayda 9-cu “KOB Fest” sərgi-satış yarmarkası keçirilir

04 dekabr 2024 | 12:17

Regionlarda fəaliyyət göstərən mikro, kiçik və orta sahibkarlıq subyektlərinin məhsul və xidmətlərinin tanıdılması və satış imkanlarının genişləndirilməsi məqsədilə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə “KOB Fest” sərgi-satış yarmarkası Göyçay rayonunda keçirilir.

Sabir bağının ərazisində təşkil olunmuş və üç gün davam edəcək yarmarkada Göyçay, eləcə də ətraf şəhər və rayonlardan 70-ə yaxın KOB subyektinin məhsul və xidmətləri təqdim olunur. Yarmarkaya çıxarılan məhsullar arasında kənd təsərrüfatı və sənaye məhsulları, o cümlədən un məmulatları, tekstil, sərinləşdirici içkilər, suvenirlər, meyvələr, arıçılıq məhsulları, sənətkarların və yaradıcı şəxslərin əl işləri üstünlük təşkil edir.

Yarmarkanın açılış mərasimində çıxış edən Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev və KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov regionda sahibkarlıq fəaliyyəti üçün imkanlar, biznesin qurulması və inkişaf etdirilməsi üçün dövlət dəstəyi tədbirləri barədə məlumat veriblər. Qeyd olunub ki, müasir dövrdə satış kanallarının çeşidi və məzmunu dəyişsə də, sərgi və yarmarkalar bu gün də effektiv satış platforması kimi öz aktuallığını saxlayır. Yarmarkalar sahibkarlara müştərilər ilə birbaşa ünsiyyət qurmaq, öz brendini tanıtmaq imkanı verməklə satış imkanlarını və biznes əlaqələrini genişləndirir. Belə yarmarkalar zamanı sahibkarların qazandığı təcrübə isə biznes fəaliyyətinin təkmilləşməsinə xidmət edir. 

“KOB Fest” sərgi-satış yarmarkası çərçivəsində həmçinin, mədəni-əyləncəli proqram, yaradıcı şəxslər və sənətkarlar tərəfindən master-klasslar da təşkil olunur. Yarmarka dekabrın 5-dək hər gün saat 10:00-dan 18:00-dək fəaliyyət göstərəcək.

Keçidlər