Göyçayda “8 Noyabr - Zəfər Günü”nün beşinci ildönünü təntənə ilə qeyd olunub
08 noyabr 2025-ci il tarixində Göyçay rayonunda Zəfər Gününün beşinci ildönümü münasibətilə tədbir keçirilib.
Tədbir iştirakçıları Göyçay şəhər mərkəzində Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül-çiçək dəstələri düzüblər. Sonra şəhər Şəhidlər Xiyabanında Vətən uğrunda canından keçmiş qəhrəman şəhidlərimizin məzarlarını ziyarət edib, əziz xatirəsini ehtiramla yad ediblər.
Göyçay Şəhər Stadionunda davam edən tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olan qəhrəmanların xatirəsi bir dəqiqəlik sükutla anılıb.
Daha sonra Azərbaycan Respublikası Dövlət Nəfəs Alətləri Orkestrinin ifasında marşlar səsləndirilib, Vətən müharibəsi iştirakçıları və qazilər, eləcə də “Şahin” hərbi-idman oyununun komandalarının yürüşü keçirilib, nar və digər meyvələrdən ibarət “Zəfər karvanı” avtomobilləri tank divizyonu və komanda briqadalarına yola düşüb.
Tədbir iştirakçıları Zəfər Günü mövzusunda sərgilərə baxış keçirib.
Tədbirdə Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev, Milli məcslisin deputatı Məzahir Əfəndiyev, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin sədrinin birinci müavini Samir Hümbətov çıxış edərək qeyd ediblər ki, möhtəşəm Zəfər Günü Azərbaycan tarixində qızıl hərflərlə yazılmış bir gündür. 8 Noyabr xalqımızın torpaq-yurd sevgisinin, haqq və ədalət uğrunda mübarizə əzminin, həmrəyliyinin parlaq təcəssümüdür. Bu gün qalib Azərbaycan xalqı Vətən müharibəsində qazandığı şanlı Zəfəri Qarabağ və Şərqi Zəngəzurda geniş vüsət alan bərpa-quruculuq işləri ilə davam etdirir. Əzəli, tarixi torpaqlarımıza yeni həyat qayıdır, məcburi köçkünlərin doğma yurdlarına qayıtması üçün nəhəng layihələr icra olunur. Şanlı Zəfər Günü tariximizin ən qürurlu səhifəsidir və bu Qələbə Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin qətiyyətli, müdrik siyasətinin və Azərbaycan Ordusunun yenilməz döyüş ruhunun məntiqi nəticəsi olduğunu vurğulayıb.
Sonra Yunan-Roma güləşi, cüdo, taekvando, sərbəst güləş, karate, uşu, boks, kikboksinq və kinqfu idman növləri üzrə yüksək nailiyyətlər əldə etmiş Göyçaylı idmançılara diplomlar və hədiyyələr təqdim olunub.






