Göyçayda 8 Noyabr - “Zəfər Günü”nə həsr olunmuş tədbir keçirildi
Noyabrın 6-da Göyçay şəhər Heydər Əliyev Mərkəzində 8 Noyabr - “Zəfər Günü”nə həsr olunmuş bayram konserti keçirildi.
Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev, RİH başçısı aparatının əməkdaşları, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, şəhid ailələrinin üzvləri, qazilər, müharibə iştirakçıları və rayon ictimaiyyətinin nümayəndələri iştirak edirdilər.
Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül-çiçək dəstələri düzmüş və Göyçay şəhər Şəhidlər Xiyabanında şəhidlərimizin məzarları ziyarət olunmuşdur.
Gənclər Mərkəzində məktəblilərin Vətən müharibəsi mövzusunda rəsm işlərindən ibarət sərgiyə baxış keçirilmişdir.
Heydər Əliyev Mərkəzində davam edən bayram konsertində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilmiş və Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilmişdir.
Tədbirdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il 3 dekabr tarixli Sərancamı ilə xalqımızın qüdrətinin və milli qürurumuzun təntənəsinə çevrilən, dövlətimizin nüfuzu və gələcək inkişafı baxımından müstəsna əhəmiyyət kəsb edən bu misilsiz qələbənin əbədiləşdirilməsi məqsədilə hər il noyabrın ayının 8-nin Azərbaycan Respublikasında Zəfər Günü kimi qeyd edilməsi qərara alındığı bildirilmişdir. Həmçinin 05 noyabr 2022-ci il tarixdə ölkə Prezidentinin sərəncamı ilə daha 5 Göyçaylı şəhidimizin 3-cü dərəcəli "Rəşadət" ordeni, 3-cü dərəcəli "Vətənə xidmət" ordeni və "Vətən uğrunda" medalları ilə təltif edilməsi qeyd olunmuşdur.
Bayram konsertində Uşaq Musiqi Məktəbinin müəllim kollektivindən ibarət xorun ifasında “Vətənim Azərbaycan”, “Vətən” mahnıları, Mədəniyyət Mərkəzinin əməkdaşı Əli Səfalı “Ellər Şuşa yerindədir” şeiri söylənilmiş və özfəaliyyət kollektivlərinin ifasında Zəfər Gününə, Ali Baş Komandanımıza, Ordumuza, Vətənimizə həsr olunmuş mahnılar səsləndirilmişdir.