Göyçayda 8 Noyabr - Zəfər Gününə həsr olunmuş “Sənə zəfər yaraşır, Azərbaycan” adlı tədbir keçirilib
Göyçay rayonunda 8 Noyabr - Zəfər Gününə həsr olunmuş “Sənə zəfər yaraşır, Azərbaycan” adlı tədbir keçirilib.
Göyçay rayon Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə ilk olaraq torpaqlarımızın azadlığı və bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsini bir dəqiqik sükutla yad edildikdən sonra Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib.
Tədbirdə çıxış edən Heydər Əliyev Mərkəzinin direktoru Samirə Vəliyeva, Mərkəzin əməkdaşı Aytən Zeynalova, tarixçi - şair, jurnalist Aqil Kəngərli, uzun müddət erməni əsirliyində olmuş rayonunun Xəlitli kənd sakini Mail Məmmədov, Vətən müharibəsi iştirakçıları Ayaz Babayev, Zaur İbrahimov bildiriblər ki, Ermənistanın təxribatına və növbəti hərbi təcavüzünə cavab olaraq, Azərbaycan Ordusu torpaqlarımızın işğaldan qurtarılması, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin tələblərinin yerinə yetirilməsi, məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtması üçün 2020-ci il sentyabrın 27-də Vətən müharibəsinə başladı.
Azərbaycanın hərbi sahədə qazandığı qələbələr, xüsusilə Şuşanın düşmən əsarətindən qurtarılması müharibənin taleyində həlledici rol oynadı, Ermənistanın öz məğlubiyyətini etiraf etməsi kapitulyasiyası ilə nəticələndi, Ermənistanı Kəlbəcər, Ağdam və Laçın rayonlarını Azərbaycana qaytarmağa məcbur etdi.
Tədbirin bədii hissəsi Uşaq Gənclər İnkişaf Mərkəzinin dərnək üzvləri bir- birindən rəngarəng şeir və rəqsləri ilə davam edib.
Sonda Zəfər Gününə həsr olunmuş videoçarx nümayiş olunub.