Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Göyçayda 8 Noyabr - Zəfər günü qeyd edilib

08 noyabr 2023 | 18:39

“Heydər Əliyev İli” çərçivəsində 8 Noyabr - Zəfər günü ilə əlaqədar “Ata vəsiyyəti və inamlı Zəfər” mövsuzunda  keçirilən tədbirdə Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev, Milli Məclisin deputatları Sabir Hacıyev, Məzahir Əfəndiyev, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, YAP Göyçay rayon təşkilatının sədri, şəhid ailələri, vətən müharibəsi əlilləri və iştirakçıları, rayon sakinləri iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül-çiçək dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər.

Göyçay Rayon Heydər Əliyev Mərkəzində məktəblilərin Vətən müharibəsi mövzusunda rəsm işlərindən ibarət sərgiyə baxış keçirilib.

Azərbaycan Respublikasının dövlət himninin səslənməsi ilə başlanan tədbirdə Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın bütövlüyü uğrunda qəhrəmancasına şəhid olan vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Göyçay Rayon Heydər Əliyev Mərkəzində davam edən tədbirdə “8 Noyabr-Zəfər günü” adlı film nümayiş olunub.  

Sonra Rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev çıxış edərək 44 günlük Vətən müharibəsində qazanılan tarixi qələbə və “8 noyabr - Zəfər günü” münasibətilə təbrik edib və bildirib ki, Azərbaycan Respublikası Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Vətən Müharibəsində rəşadətli ordumuz tərəfindən torpaqlarımızın yağı düşməndən azad edilməsi ilə xalqımıza yaşadılan möhtəşəm Zəfər Bayramının bu gün bütün dünya azərbaycanlıları tərəfindən qürur hissi ilə qeyd edilir.

Sonra şəhid Orxan Kərimlinin atası Akif Kərimov, Vətən müharibəsi iştirakçısı Çərəkə kənd 2 saylı tam orta məktəbinin müəllimi Aqşin Babayev, rayonun Çaxırlı kənd tam orta məktəbinin direktoru Günel Məhərrəmova, Milli Məclisin deputatları Sabir Hacıyev, Məzahir Əfəndiyev şanlı zəfər münasibətilə tədbir iştirakçılarını təbrik edərək Azərbaycanın regionun lider dövlətinə çevrildiyini, Müzəffər Ali Baş Komandanın qətiyyəti, Rəşadətli Ordumuzun gücü ilə torpaqlarımızın işğaldan azad edildiyini, ərazi bütövlüyümüzün tam təmin olunduğunu diqqətə çatdırıblar.

Keçidlər