Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Göyçayda 8 Noyabr - “ZƏFƏR GÜNÜ” ilə əlaqədar tədbir keçirilib

09 noyabr 2024 | 13:27

08 noyabr 2024-cü il tarixdə “ZƏFƏR GÜNÜ” ilə əlaqədar Göyçay rayonunda tədbir keçirilib.

Tədbirdə Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev, Milli Məclisin deputatları Sabir Hacıyev, Məzahir Əfəndiyev, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, YAP Göyçay rayon təşkilatının sədri, şəhid ailələri, vətən müharibəsi əlilləri və iştirakçıları, rayon sakinləri iştirak ediblər.

Əvvəlvə tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin abidəsini və Göyçay şəhər Şəhidlər Xiyabanında şəhidlərin  məzarlarını ziyarət edərək üzərlərinə gül-çiçək dəstələri düzüblər.

Göyçay rayon Heydər Əliyev Mərkəzində “Bizə Zəfər yaraşır” mövzusunda rəsm işlərindən ibarət sərgiyə baxış keçirilib.

Tədbir başlamazdan əvvəl Azərbaycan Respublikasının müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsini 1 dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səslənib.

“8 noyabr – Zəfər Günü”nə həsr olunmuş tədbirdə Göyçay Rayon İcra  Hakimiyyətinin başçısı Natiq Ağayev çıxış edərək bildirib ki, bu gün 30 il ərzində işğal altında saxlanılan əzəli torpaqlarımızın azad olunmasından 4 il ötür və biz şanlı tariximizin ən qürurlu səhifəsi olan Zəfər gününü qeyd edirik. 8 noyabr - Zəfər günü ölkə prezidenti, Ali Baş Komandan  İlham Əliyevin qətiyyətli sərkərdəlik fəaliyyətinin, müdrik siyasətinin və Azərbaycan ordusunun güc-qüdrətinin, yenilməz döyüş ruhunun məntiqi nəticəsidir.

 Möhtəşəm Zəfər Günü kimi qızıl hərflərlə Azərbaycan tarixinə  yazılan 8 Noyabr bütün dünyaya xalqımızın torpaq-yurd sevgisinin, haqq-ədalət uğrunda mübarizə əzminin, yumruq kimi bir olmağının nümayişinin təsdiqinə çevrildiyi gündür. Zəfərə gedən yol xalqımıza çox böyük qurbanlar və itkilər hesabına başa gəldiyini vurğulayıb.

Sonra şəhid Elnur Əliyevin anası Tahirə Əliyeva, şəhid Orxan Kərimlinin atası Akif Kərimov, Milli Məclisin deputatları Sabir Hacıyev və Məzahir Əfəndiyev, 44 günlük Vətən müharibəsi iştirakçısı Süleyman Səfərov çıxış edərək qeyd ediblər ki, bugün qalib Azərbaycan xalqı  Vətən müharibəsində göstərdiyi hünərləri Qarabağda və Şərqi Zəngəzurda geniş vüsət alan bərpa-quruculuq işləri ilə davam etdirir. Əzəli, tarixi torpaqlarımıza yeni həyat qayıdır, məcburi köçkünlərin öz doğma yurdlarına qaytarılması üçün nəhəng layihələr həyata keçirilir.

Torpaq əsl sahibinə qismət olanda orada ancaq qurub yaratmaq eşqi hökm  sürür. Cənab Prezidentin qeyd etdiyi kimi bundan sonra Azərbaycan yalnız inkişaf edəcək!

Sonda “8 noyabr – Zəfər Günü”nə həsr olunmuş videoçarx nümayiş olunub.

Keçidlər