Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Göyçayda 8 Noyabr-Zəfər Günü ilə əlaqədar olaraq Şəhidlər Xiyabanı ziyarət edildi

08 noyabr 2023 | 18:24

8 Noyabr-Zəfər Günü ilə əlaqədar Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev, Milli Məclisin deputatları Sabir Hacıyev, Məzahir Əfəndiyev, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, YAP Göyçay rayon təşkilatının sədri, şəhid ailələri, vətən müharibəsi əlilləri və iştirakçıları, rayon sakinləri ilə birgə Şəhidlər Xiyabanı ziyarət edilib.

Mərasim iştirakçıları torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edərək məzarları önünə gül-çiçək dəstələri düzüblər.

Şəhid ailələri və müharibə iştirakçıları onlara göstərilən yüksək diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz dərin təşəkkürlərini bildiriblər.

Qeyd edək ki, təsdiqlənmiş Tədbirlər Planına uyğun olaraq, bu gün rayonda 8 Noyabr - Zəfər Günü ilə bağlı silsilə tədbirlər keçirilir.

Keçidlər