Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Göyçayda “8 noyabr -Tariximizin Zəfər günüdür!” adlı tədbir keçirildi

06 noyabr 2023 | 15:40

Göyçay rayon Tarix-Diyarşünaslıq Muzeyində 44 gün ərzində aparılan Vətən müharibəsindəki uğurlu əks-hücum əməliyyatlarında əldə edilən böyük Zəfər günü ilə əlaqədar "8 noyabr -Tariximizin Zəfər günüdür!" adlı tədbir keçirildi.

Tədbirdə Şəhid anaları, qazilər, “Göyçay” qəzetinin redaktoru əməkdar müəllim, şair Adil Məmməd, MİHİ-nin Göyçay Rayon Komitəsinin sədri Nəriman Məlikov, İcra hakimiyyətində yanında İctimai Şuranın üzvü Nazir Əhmədov, KİV nümayəndələri, Göyçay şəhər R.Rza adına 1 saylı tam orta məktəbin müəllim və şagirdləri və kənd klublarının fəalları iştirak edib.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Vətən uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb.

Muzeyin direktoru Gülçin Babayeva, Vətən müharibəsi qazisi Emin Cəbrayılov, Muzeyin bələdçisi Mehriban Xəlilova və elmi işçisi Humay Zülfüqarlı çıxış edərək qələbəyə gedən yolda Ali Baş Komandan İlham Əliyevin uzaqgörən siyasətindən, şəhidlərin misilsiz qəhrəmanlıqlarından, qazilərimizin əvəzolunmaz xidmətlərindən danışdılar.

Sonra rayon məktəblilərin hazırladıqları kompozisiya nümayiş olunmuşdur.

Tədbirin sonunda muzeyin əməkdaşı Nuranə Sultanovanın təqdimatında Şuşaya həsr olunmuş videoçarx nümayiş olundu.

Keçidlər