Göyçayda “8 mart - Beynəlxalq Qadınlar günü” münasibətilə tədbir keçirilib
“8 mart - Beynəlxalq Qadınlar günü” münasibətilə keçirilən tədbirdə Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin, təyyarə qəzası zamanı həlak olmuş qəhrəman bacı və qardaşlarımızın əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib və Azərbaycanın Dövlət Himni səsləndirilib.
Tədbirdə Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev, YAP Göyçay rayon təşkilatının sədri, şəhid ailələrinin üzvləri, rayonumuzun müxtəlif sahələrində səmərəli fəaliyyət göstərən qadınlar iştirak ediblər.
Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev çıxış edərək qeyd edib ki, Azərbaycanın çoxəsrlik tarixinin bütün dövrlərində qadın zəriflyin, ülviyyətin təcəssümü hesab edilmiş, ona hər zaman dərin ehtiram göstərilmişdir. Qadın hüquqlarının müdafiəsi, onlar üçün yaradılan bütün imkanların genişləndirilməsi, ölkə prezidenti cənab İlham Əliyevin dövlət siyasətində müəyyən etdiyi prioritet istiqamətlərindən biridir. Vətəndaşlarımızın, eləcə də qadınların hüquq və azadlıqlarının təmin olunmasının əsasını təşkil edən Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edilməsi və xalqımıza xas olan qadına hörmət dəyərləri nəticəsində Azərbaycan qadınları milli dövlət quruculuğu prosesində yaxından iştirak edir, əzmlə çalışırlar. Rayon qadınları daha çox təhsil, səhiyyə və mədəniyyət sahələrində, dövlət qulluğunda təmsil olunaraq xalqa və dövlətə sədaqətlə xidmət edirlər.
Daha sonra rayonun ictimai-siyasi həyatında və mədəni-kütləvi tədbirlərində fəal iştirak edən bir qrup qadın rayon icra hakimiyyəti başçısının fəxri fərmanları ilə təltif ediliblər.
Tədbirin sonunda rayon Mədəniyyət Mərkəzinin aktyorlarının səhnələşdirdiyi “Qaynana” tamaşası nümayiş edilib.