Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Göyçayda 5 oktyabr- Beynəlxalq Müəllimlər Günü qeyd olundu

05 oktyabr 2022 | 15:07

Göyçay rayonunda 05 oktyabr - Beynəlxalq Müəllimlər günü münasibətilə tədbir keçirilmişdir.

  Tədbir iştirakçıları əvvəlcə Heydər Əliyev parkında Ümummilli Liderin abidəsini ziyarət edib, önünə gül-çiçək dəstələri düzmüşlər.

Rayon Təhsil sektorunda davam edən tədbirdə Rayon icra hakimiyyətinin başçısı səlahiyyətlərini müvəqqəti icra edən İkram Vəliyev çıxış edərək 5 oktyabr- Beynəlxalq Müəllimlər Günü münasibətilə müəllimləri təbrik etmiş, işlərində yeni-yeni nailiyyətlər, uğurlar arzulamışdır.

İ.Vəliyev bildirdi ki, müəllimlik dünyada ən çətin, eyni zamanda ən şərəfli və ən ğözəl peşədir. Müəllim əməyinin nəticəsində cəmiyyət formalaşır, savadlı, bilikli, geniş dünyagörüşlü, nümunəvi əxlaqa malik insanlar yetişir. Bu insanlar isə cəmiyyəti daha da inkişaf etdirir. Hazırda dövlətimizin müstəqilliyinin möhkəmlənməsində fəal iştirak edən insanlar məhz müəllim əməyinin yetirmələridir. Ümummilli liderimiz Heydər Əliyev həmişə müəllim əməyini yüksək qiymətləndirmiş, müəllim haqqında xoş sözlər söyləmişdir.

Böyük Qələbə və Zəfərlə yekunlaşan 44 günlük Vətən müharibəsi zamanı Göyçay müəllimləri də ön cəbhədə xüsusi fəallıq göstərərək Azərbaycana xidməti borclarını  əməli fəaliyyətləri ilə sübut etdilər.

Tədbirdə bir qrup təhsil işçisi rayon icra hakimiyyətinin fəxri fərmanı və təşəkkürnaməsi ilə təltif edilib.

Keçidlər