Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Göyçayda “5 mart - Bədən Tərbiyəsi və İdman Günü”nə həsr olunmuş kross yarışı keçirilib

02 mart 2024 | 10:08

Göyçayda “5 mart - Bədən Tərbiyəsi və İdman Günü” nə həsr olunmuş rayon ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdləri arasında 3 km məsafəyə kross yarışı keçirilib.

Kross yarışı Göyçay İdarəetmə və Texnologiya kollecinin qarşısından start götürərək şəhərin Heydər Əliyev prospekti və M.Ə.Rəsulzadə küçəsindən keçməklə Mədəniyyət Mərkəzinin qarşısında finiş xəttində dayanıblar.

Yarışda yer tutan idmançılar Mərkəzi Aran Regional Gənclər və İdman İdarəsi tərəfindən diplom və medalla təltif olunublar.

 

l yerin qalıbı şəhər 3 saylı tam orta məktəbin şagirdi Ələsgərli Muhəmməd Elnur oğlu,

ll yerin qalıbı şəhər 1 saylı tam orta məktəbin şagirdi Əsgərli Mehdi Ehtibar oğlu,

lll yerin qalıbı şəhər 5 saylı tam orta məktəbin şagirdi Ağayev Ayxan Aqil oğlu.

Keçidlər