Göyçayda “5 Mart – Bədən tərbiyəsi və idman günü” qeyd olundu
05 mart 2024 | 17:53
“5 Mart – Bədən tərbiyəsi və idman günü” münasibəti ilə Göyçay şəhərinin mərkəzi meydanında Gənclər və İdman sektorunun, Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı qaçış marafonu keçirilib.
Sonra rayon Gənclər Evinin akt zalında gənclərin, həmçinin veteran idmançıların iştirakı ilə tədbir keçirilib.
Tədbirdə çıxış edən natiqlər ölkə rəhbərinin idmanın inkişafına göstərdiyi diqqət və qayğıdan geniş və ətraflı məlumat verdilər, göstərilən qayğıya görə Möhtərəm Prezidentimiz cənab İlham Əliyevə öz dərin minnətdarlıqlarını bildirdilər.
Yekunda idman sahəsində qazandıqları uğurlara görə bir sıra rayon idmançısına diplom və hədiyyələr təqdim olunub.