Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Göyçayda 5 iyun - “Su təsərrüfatı və meliorasiya işçiləri günü” qeyd edilib

05 iyun 2025 | 18:08

5 iyun 2025-ci il tarixində Göyçay Su Meliorasiya Sistemləri İstismarı İdarəsinin inzibati binasında “Su təsərrüfatı və meliorasiya işçiləri günü” münasibətilə tədbir keçirilib.

Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev, Milli Məclisin deputatı Sabir Hacıyev, Göyçay Su Meliorasiya Sistemləri İstismarı İdarəsinin rəhbəri və kollektivi iştirak edib.

Əvvəlcə tədbir iştirakçıları Heydər Əliyev Mərkəzinin qarşısında xalqımızın Ümummilli Lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu Ulu Öndərin xatirəsini yad edib, abidəsi önünə əklil və gül dəstələri düzüblər.

Rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev Göyçay Su Meliorasiya Sistemləri İstismarı İdarəsinin kollektivini “Su təsərrüfatı və meliorasiya işçiləri günü” münasibəti ilə təbrik edərək onlara işlərində uğurlar arzulayıb.

Milli Məclisin deputatı Sabir Hacıyev çıxış edərək xalqımızın ümummilli lideri Heydər Əliyev ideyalarının Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində digər sahələrdə olduğu kimi su təsərrüfatı sektorunda da böyük uğurlar qazanıldığını, əhalinin içməli su təchizatı və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılması üçün genişmiqyaslı işlər görüldüyünü, təxirəsalınmaz layihələr həyata keçirildiyini bildirib.

Göyçay Su Meliorasiya Sistemləri İstismarı İdarəsinin rəisi Sadiq Məmmədov göstərilən diqqətə görə təşəkkürünü bildərərək son dövrdə rayonda su təsərrüfatı və meliorasiya sahəsində görülən işlər haqqında məlumat verib, qarşıda duran vəzifələrə toxunulub.

Sonda fəaliyyətlərində fərqlənən bir qrup su təsərrüfatı və meliorasiya işçisinə Göyçay rayon İcra Hakimiyyəti başçısının təşəkkürnamələri təqdim edilib.

Keçidlər