Göyçayda 44 günlük Vətən müharibəsi şəhidi İntiqam Şirəliyevin ailəsi ilə görüş keçirilib
23 may 2025-ci il tarixdə Göyçay rayon İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili, Memarlıq və tikinti şöbələrinin məsul əməkdaşları rayonun Potu kəndində 44 günlük Vətən müharibəsi şəhidi Şirəliyev İntiqam Bəxtiyar oğlunun ailəsini ziyarət edib, ailənin qayğıları ilə maraqlanıblar.
Görüş zamanı Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı Zəfər Qələbəsindən və şəhid İntiqam Şirəliyevin keçdiyi döyüş yolundan, qəhrəmanlığından bəhs olunub.
Şəhid İntiqam Şirəliyev 08.10.1997-ci il tarixdə Göyçay rayonunun Potu kəndində anadan olmuşdur. Həqiqi hərbi xidmətini bitirdikdən sonra 07.12.2019-ci il tarixdə N saylı hərbi hissədə MAHHXHQ vəzifəsində xidmətə başlamışdır.
29 sentyabr 2020-ci il tarixdə Kəlbəcər istiqamətində gedən döyüşlərdə qəhramancasına şəhid olmuşdur. Ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “Vətən uğrunda”, “İgidliyə görə” və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif edilmişdir.
Şəhidin anası Almaz Şirəliyeva diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya və rayon rəhbərliyinə öz minnətdarlığını bildirib.