Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Göyçayda 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü qeyd edilib

31 mart 2025 | 12:10

31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar Göyçay rayonunda anım tədbiri keçirilib.

Tədbirdə Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev, hüquq-mühafizə orqanlarının rəhbərləri, Yeni Azərbaycan Partiyası rayon təşkilatının sədri, idarə, müəssisə, təşkilat rəhbərləri, şəhid ailələrinin üzvləri, vətən müharibəsi əlilləri və iştirakçıları, eləcə də rayon ictimaiyyətinin nümayəndələri iştirak edib.

Tədbir iştirakçıları Göyçay şəhər Şəhidlər Xiyabanı ərazisində soyqırım qurbanlarının xatirəsinə ucaldılmış Abidə Kompleksini ziyarət edərək önünə gül-çiçək dəstələri düzüblər.

Tədbirdə soyqırımı qurbanlarının və şəhidlərimizin xatirələri bir dəqiqəlik sükutla yad edilib, ruhlarına dualar oxunub.

Keçidlər