Göyçayda “31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü”nə və Yeni ilə həsr olunmuş bayram tədbiri keçirilib
“31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü”nə və Yeni ilə həsr olunmuş bayram tədbiri Ümummilli Liderin abidəsinə önünə gül-çiçək dəstələrinin düzülərək xatirəsinin yad edilməsi ilə başladı.
Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev və aparatın kollektivi, rayonun hüquq-mühafizə orqanlarının, idarə və müəssisələrinin rəhbərləri, ağsaqqallar, gənclər, ictimaiyyət nümayəndələri, Vətən müharibəsi şəhidlərinin ailə üzvləri və qazilər iştirak edib.
Bayram tədbirində qeyd edilib ki, dünya azərbaycanlılarının milli birliyinin ideoloqu, təbliğatçısı və təşkilatçısı Ümummilli Liderin siyasi uzaqgörənliyinin nəticəsidir ki, həm Azərbaycanda, həm də ölkə hüdudlarından kənarda yaşayan soydaşlarımız bu bayramı iftixar və qürurla qarşılayırlar.
Ölkəmizdən kənarda yaşayan azərbaycanlılar Vətən müharibəsi zamanı dünya azərbaycanlılarının qürur ünvanı olan Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında sıx birləşdilər, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması işində fədakarlıq göstərdilər, bu da Şanlı Zəfərimizə layiqli töhfə oldu, 44 günlük Vətən savaşı həm də xalqımızın milli həmrəyliyinin ən mükəmməl nümunəsini yaratdı.
Tədbir rayon Mədəniyyət Mərkəzinin və Uşaq Gənclər İnkişaf Mərkəzinin hazırladığı maraqlı proqramla davam edib.