Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Göyçayda “3 iyun - Dünya Velosiped Günü” ilə əlaqədar veloyürüş təşkil olunub

03 iyun 2024 | 11:42

 “3 iyun - Dünya Velosiped Günü” ilə əlaqədar Göyçay Rayon İcra Hakimiyyətinin, Göyçay rayonu üzrə Gənclər və İdman sektorunun təşkilatçılığı ilə veloyürüş təşkil olunub.

Rayon icra hakimiyyəti başçısının və gənclərın iştirak etdiyi veloyürüş şəhərin Heydər Əliyev Mərkəzinin qarşısından start götürərək şəhər Stadionunda yekunlaşmaqla 2 km məsafəni əhatə edib.  

Veloyürüşün keçirilməsində məqsəd əhali arasında bədən tərbiyəsinin kütləviliyinin və idmana marağın artırılması, sağlam həyat tərzinə çağırış və və bu nəqliyyat vasitəsindən istifadə etməklə ətraf mühitin qorunmasıdır.

Keçidlər