Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Göyçayda 28 May - Müstəqillik Günü qeyd edildi

27 may 2023 | 16:52

28 May - Müstəqillik Günü ilə əlaqədar Rayon İcra Hakimiyyətinin inzibati binasının konfrans zalında dəyirmi masa keçirilmişdir.

Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı aparatının məsul əməkdaşları, YAP Göyçay rayon təşkilatının sədri və rayon ictimaiyyətinin nümayəndələri, ziyalılar iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə Ümummili lider Heydər Əliyevin abidəsini ziyarət etmiş, önünə gül-çiçək dəstələri düzmüşlər.

Azərbaycan Respublikasının dövlət himninin səslənməsi ilə başlanan tədbiri giriş sözü ilə açan Rayon İcra Hakimiyyəti başçısının birinci müavini İkram Vəliyev bildirdi ki, müstəqil, azad, demokratik respublika qurmaq məqsədini qarşıya qoyan Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 aylıq fəaliyyəti dövründə xalqın milli mənlik şüurunu özünə qaytardı, onun öz müqəddəratını təyin etməyə qadir olduğunu və eyni zamanda xalqımızın müstəqillik əzmini nümayiş etdirdi.

İ.Vəliyev qeyd etdi ki, qısa dövr ərzində Azərbaycanın ilk parlamenti, hökuməti yaradılmış, dövlət atributları təsis olunmuş, dövlət quruculuğu sahəsində mühüm tədbirlər həyata keçirilmiş, Cümhuriyyətin beynəlxalq münasibətlər sistemində tanınması, diplomatik müstəvidə milli maraqların qorunması istiqamətində mühüm addımlar atılmışdır.

Tədbirdə çıxış edən şəhər 4 nömrəli tam orta məktəbin tarix müəllimi Firəngiz Məmmədyarova, Yeni Azərbaycan Partiyası rayon təşkilatının sədri Sahib Şükürov, Respublikanın əməkdar müəllimi Adil Məmmədov, Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecinin müəllimi Səbinə Qurbanova bildirdilər ki, XX əsrin sonlarında yenidən müstəqilliyinə qovuşan Azərbaycan Ulu öndər Heydər Əliyevin dövlətçiliyin qorunması üçün həyata keçirdiyi qətiyyətli tədbirlər nəticəsində süverenliyini qoruyub saxlamağı bacardı. Çətin siyasi-iqtisadi dövrdə hakimiyyətə qayıdan Ulu öndər Heydər Əliyev Azərbaycan dövlətçiliyinin qorunması üçün qətiyyətli tədbirlər gördü, ölkədə davamlı ictimai-siyasi sabitliyi bərqərar etdi. Beləliklə Heydər Əliyevin şah əsəri olan müasir, müstəqil Azərbaycan dövləti sürətli inkişaf yoluna qədəm qoydu. Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı kimi Azərbaycan Bayrağının artıq işğaldan azad olunmuş torpaqlarımızda doğma Qarabağımızda, azad Şuşamızda dalğalanması Azərbaycan prezidenti cənab İlham Əliyevin gələcək nəsillərə unudulmaz dövlətçilik əmanətidir.

Cənab Prezidentin qeyd etdiyi kimi bundan sonra Azərbaycan yalnız inkişaf edəcək.

Keçidlər