Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Göyçayda 27 sentyabr - Anım Gününün beşinci ildönümü ilə əlaqədar tədbir keçirilib

27 sentyabr 2025 | 18:05

27 sentyabr - Anım Gününün beşinci ildönümü ilə əlaqədar Göyçay şəhər Şəhidlər Xiyabanında tədbir keçirilib.

Tədbirdə Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev, Milli Məclisin deputatları Sabir Hacıyev, Məzahir Əfəndiyev, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri,  YAP rayon təşkilatının sədri, rayonun idarə, müəssisə və təşkilatların kollektivləri, şəhid ailələri, vətən müharibəsi əlilləri və iştirakçıları, eləcə də rayon sakinləri iştirak ediblər.

Rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev şəhidlərin portretləri əks olunmuş yeni memorial abidəyə əklil qoyub və şəhid ailələrinin üzvləri ilə səmimi söhbət edib. Şəhidlərin ruhlarına dualar oxunub.

Daha sonra şəhid məzarları ziyarət edilərək üzərlərinə gül dəstələri düzülüb.

Tədbirin rəsmi hissəsi Azərbaycan Dövlət Himinin səslənməsi ilə başlayıb. Rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev çıxış edərək qeyd edib ki, Qələbə salnaməsinin ilk günü olan 27 sentyabr  tariximizə əbədi olaraq rəşadət və qəhrəmanlıq səhifəsi kimi həkk olunub. Məlumdur ki, 30 ilə yaxın Azərbaycanın 20 faiz torpağı işğal altında olmuş, dinc əhalisi amansızcasına qətlə yetirilmişdir. Münaqişənin həlli ATƏT-in Minsk qrupu tərəfindən məsələnin həllinə yox, dondurulmasına yönəlmişdir. Azərbaycan daim beynəlxalq hüquqa sadiqliyini nümayiş etdirmiş və münaqişəni danışıqlar vasitəsilə həll etməyə çalışsa da, Ermənistan işğalçı siyasətini və təxribatlarını davam etdirmişdir. Azərbaycan xalqı işğalla heç zaman barışmamış və növbəti təxribatı dəf etmək və təcavüzə son qoymaq məqsədilə 27 sentyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri bütün cəbhə boyu əks hücuma keçmişdir. Haqq və Şərəf işimiz olan, Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizədə  həmvətənlərimizin bir çoxu şəhid olmuş, itkin düşmüş, yaralanaraq sağlamlığını itirmişdir.

Müzəffər Ali Baş  Komandan cənab İlham Əliyevin rəhbərliyi, milli ordunun rəşadəti, xalq və dövlətin birliyi,  Vətən qarşısında borclarını layiqincə yerinə yetirən qəhrəman şəhidlərimizin sayəsində vətənimiz bütöv oldu, Qarabağ həsrətimiz bitdi.

Tədbirdə çıxış edən Milli Məclisin deputatları Sabir Hacıyev, Məzahir Əfəndiyev, şəhid ataları Hüseyn Hüseynov, Akif Kərimov, müharibə iştirakçısı Süleyman Səfərov, rayon ziyalıları Firəngiz Məmmədyarova və Təranə Sadıqova bildiriblər ki, ordumuzun bu gün yazdığı tarix Azərbaycanın sabahı üçün  möhkəm bünövrədir və şəhidlərimizin əziz xatirəsi hər birimizin qəlbində əbədi yaşayır və yaşayacaqdır!

Saat 12:00-da vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş bütün şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, şəhər ərazisində nəqliyyat vasitələrinin və piyadaların hərəkəti dayandırılıb, avtomobillərdən səs siqnalları verilib.

Tədbir iştirakçıları sonda şəhidlərin xatirəsinin uca tutulması məqsədilə ağacəkmə kampaniyasında iştirak ediblər.

Keçidlər