Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Göyçayda 27 sentyabr- Anım Gününün beşinci ildönümü ərəfəsində şəhid ailəsi ziyarət edilib

22 sentyabr 2025 | 18:14

27 sentyabr- Anım Gününün beşinci ildönümü ərəfəsində ölkəmizin ərazi bütövlüyü, suverenliyi və tarixi torpaqlarımızın azad edilməsi uğrunda gedən döyüşlərdə canından keçmiş Göyçay rayonunun İkinci Ərəbcəbirli kəndindən olan şəhid Qaçayev İntizam Əkbər oğlunun ailəsi ziyarət edilib.

Ziyarət zamanı Rayon İcra Hakimiyyətinin başçısı aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Elnur Həmidov, İkinci Ərəbcəbirli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Nazim Həşimov, rayon Ağsaqqallar Şurasının sədri Nazir Əhmədov şəhidlərin əziz xatirəsinin xalqımız tərəfindən hər zaman əziz tutulduğunu, şəhid ailələrinin və müharibə əlillərinin daim dövlətimizin diqqət mərkəzində saxlanıldığını qeyd edib, ailənin problemləri ilə maraqlanıblar.

Şəhid ailəsinin üzvləri onlara göstərilən diqqət və qayğıya görə ölkə Prezidentinə minnətdarlıqlarını bildiriblər.

 

Xatırladaq ki, şəhid Qaçayev İntizam Əkbər oğlu14.12.2001-ci il tarixdə Göyçay rayonunun İkinci Ərəbcəbirli kəndində anadan olmuşdur. 08.01.2020-ci il tarixdə həqiqi hərbi xidmətə cağrılmışdır. 23 oktyabr 2020-ci il tarixdə Cəbrayıl istiqamətində gedən döyüşlərdə qəhramancasına şəhid olmuşdur.

Ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Cəbrayılın azad olunmasına görə” və “Qubadlının azad olunmasına görə” medalları ilə təltif edilmişdir.

Keçidlər