Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Göyçayda 27 sentyabr – Anım Günü qeyd olundu

27 sentyabr 2022 | 17:23

27 sentyabr – Anım Günü  münasibətilə yüzlərlə rayon sakini əllərində şəhidlərin şəkilləri əks olunmuş lövhələr ilə rayon İcra Hakimiyyətinin inzibati binasının qarşısından başlayaraq Şəhidlər Xiyabanına doğru yürüş etmişlər.

Rayon İcra Hakimiyyətinin başçısı səlahiyyətlərini müvəqqəti icra edən İkram Vəliyev, rayonun rəhbər şəxsləri tərəfindən şəhidlərin məzarlarına və soyqırım qurbanlarının abidə komplekslərinin önünə gül dəstələri düzərək, şəhidlərin məzarlarını ziyarət etmişlər.

Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə rayon İcra Hakimiyyətinin başçısı səlahiyyətlərini müvəqqəti icra edən İkram Vəliyev çıxış edərək 27 sentyabr 2020-ci il tarixdə Ermənistan Silahlı Qüvvələrinin genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan ordusunun mövqelərini və yaşayış məntəqələrini iriçaplı silahlar, minaatanlar və müxtəlif  artilleriya qurğularından intensiv atəşə  tutması nəticəsində, düşmən ordusunun döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan  ordusunun  komandanlığı tərəfindən qoşunların bütün cəbhə boyu sürətli əks hücum əməliyyatı başlaması barədə qərar verilmişdir.

İ.Vəliyev bildirdi ki, Qarşıdurmalar qısa müddətdə sürətlə alovlanmış və İkinci Qarabağ müharibəsinə çevrilmişdir. 44 gün davam edən müharibədə həmvətənlərimizin bir çoxu şəhid olmuş, yaralanaraq sağlamlıqlarını itirmişdir. Torpaqlarımız qəhrəman şəhidlərimizin, əsgər və zabitlərimizin, qazilərimizin qanı və canı bahasına işğaldan azad edilmişdir.

Sonra Milli Məclisin deputatı Məzahir Əfəndiyev, Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidmətinin Göyçay rayon şöbəsinin rəisi Famil Əliyev, Yeni Azərbaycan Partiyası rayon təşkilatının sədri Sahib Şükürov, Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin Göyçay rayon bölməsinin nümayəndəsi Əzim Rəfiyev, rayon ziyalısı Respublikanın Əməkdar müəllimi Pərviz Yəhyalı, şəhid Elvin Mikayılovun atası Nizami Mikayılov, Şəhid Xəyyam Hüseynovun atası Hüseyn Hüseynov, Şəhid Ailələrinə Qayğı Cəmiyyətinin rayon şöbəsinin sədri Eldəniz Rüstəmov və döyüş bölgəsində ön cəbhədə yaralı əsgərlərimizə xidmət göstərmiş rayon Mərkəzi Xəstəxanasının bir qrup həkimi adından Təcili Tibbi yardım şöbəsinin həkimi Vüsal Əzizov çıxış edərək 44 gün davam edən Vətən Müharibəsində Azərbaycan Ordusunun işğalçı Ermənistanın ordusunun qoşunlarını darmadağın edərək, böyük tarixi qələbəyə nail olduğunu, qələbəmizi təmin edən Prezidentimiz, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə, qalib ordumuzun əsgər və zabitlərinə, qazilərimizə, bütün şəhidlərimizə sonsuz minnətdarlıqlarını ehtiramla bildirmişlər.

Rayon məktəblilərinin şəhidlərimizin xatirəsinə hazırladığı ədəbi-bədii kompozisiya nümayiş olunmuş və Şəhidlər Xiyabanında 100 ədəd müxtəlif növ ağac əkilmişdir.

Saat 12:00-da bütün Respublika ərazisində olduğu kimi Göyçay rayonunda da Anım gününün qeyd olunması ilə bağlı ölkə Prezidentinin imzaladığı Sərəncama əsasən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Keçidlər