Göyçayda “27 sentyabr – Anım günü” ilə əlaqədar “Fateh” adlı teatr tamaşası nümayiş olunub
26 sentyabr 2024-cü il tarixdə Göyçay Rayon Mədəniyyət Mərkəzində “27 sentyabr – Anım günü” ilə əlaqədar “Fateh” adlı teatr tamaşası nümayiş olunub.
Şəhid ailərinin üzvləri, Qarabağ müharibəsi əlilləri və iştirakçıları, rayon ictimiayyətinin nümayəndələri tamaşanı izləyiblər.
Tamaşadan öncə Azərbaycan Respublikasının dövlət himni səslənib və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Rayon Mədəniyyət Mərkəzinin əməkdaşlarının hazırladığı teatr tamaşasında Fateh adlı gəncin 44 günlük Vətən müharibəsində iştirak edərək şəhid olmasından bəhs edilib.
Vətənpərvərlik ruhunda səhnələşdirilmiş tamaşada Azərbaycan dövlətinin qüdrəti, Müzəffər Ali Baş Komandanın dəmir yumruğu, Qəhərman ordumuzun şücaəti sayəsində ölkəmizin ərazisində birdəfəlik olaraq separatçılığın kökünün kəsilməsi və müstəqillik tariximizdə ilk dəfə olaraq 20 sentyabrın “Dövlət Suverenliyi Günü” kimi qeyd olunması vurğulanıb.
Tamaşa rayon sakinləri tərəfindən böyük maraqla qarşılanıb.