Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Göyçayda 23 iyun-Dövlət Qulluqçularının Peşə bayramı günü qeyd edildi

23 iyun 2022 | 13:01

Rayonda 23 iyun - Dövlət Qulluqçularının peşə bayramı günü münasibəti ilə tədbir keçirilmişdir.

Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı səlahiyyətlərini müvəqqəti icra edən İkram Vəliyev, RİH başçısı aparatının əməkdaşları, rayonda dövlət qulluğunda çalışan işçilər iştirak edirdilər.

Tədbir iştirakçıları əvvəlcə Ulu Öndərin abidəsini ziyarət edərək önünə gül-çiçək dəstələri düzmüş, xatirəsini ehtiramla yad etmişlər.

Rayon İcra Hakimiyyətinin inzibati binasında davam edən tədbirdə çıxış edən rayon İcra Hakimiyyətinin başçısı səlahiyyətlərini müvəqqəti icra edən İkram Vəliyev Dövlət Qulluqçularının Peşə bayramı günü münasibətilə aparatın əməkdaşlarını təbrik edərək bildirdi ki, Azərbaycan Respublikasının  Prezidenti  cənab İlham Əliyevin 25 may  2006-cı il  tarixli  Sərəncamı  ilə hər il  iyun ayının 23-ü  Azərbaycan  Respublikasında  Dövlət Quluqçularının  Peşə  bayramı günü  kimi  qeyd  edilir.

Məlumdur ki, ölkəmizdə, müstəqil Azərbaycanda müasir dövlət qulluğu sisteminin formalaşmasında, inkişafında, ümummilli lider Heydər Əliyevin əvəzsiz xidmətləri olmuşdur. Ulu Öndər  məktəbinin  layiqli davamçısı, ölkə  Prezidenti cənab İlham Əliyev qeyd edib ki, “Hər bir  dövlət qulluqçusu bilməlidir ki, o, ilk növbədə  dövlətin güzgüsüdür və dövlət qulluğunda olmaq insanlara xidmət etmək imkanı deməkdir. Dövlət qulluğunda olmaq imtiyaz deyil, məsuliyyətdir. İnsanlara  xidmət imkanıdır”.

Tədbirdə çıxış edən rayon icra hakimiyyəti başçısının müavini Ədalət Dövlətov, aparatın Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Hikmət Süleymanov, Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanlari ilə iş şöbəsinin baş məsləhətçi Zülfiyyə Babayeva və aparatın gənc əməkdaşı Mehdi Babazadə qeyd etdilər ki, bu gün Azərbaycanda müasir və demokratik idarəetmə modeli, səmərəli və şəffaf dövlət qulluğu mexanizmi fəaliyyət göstərir. Dövlət qulluğu anlayışı “Cəmiyyətə, xalqa qulluq” mənasını ifadə edir. Vətəndaş dövlət xidmətlərinin istehlakçısı, onun məmnunluq səviyyəsi isə dövlət orqanlarının fəaliyyətinin qiymətləndirilməsi üçün əsas meyar hesab olunur.

Tədbir çay süfrəsi arxasında davam etmişdir.  

Keçidlər