Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Göyçayda 23 İyun - Dövlət Qulluqçularının Peşə Bayramı Günü münasibətilə Ulu Öndər Heydər Əliyevin abidəsi ziyarət olundu

23 iyun 2025 | 13:09

Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev, Rayon İcra Hakimiyyətinin kollektivi, şəhər və kənd inzibati ərazi dairələri üzrə nümayəndəliklər 23 İyun - Dövlət Qulluqçularının Peşə Bayramı Günü münasibətilə Ümummilli lider Heydər Əliyevin şəhər mərkəzində ucaldılmış abidəsi önünə gül-çiçək dəstələri düzüb və xatirəsini ehtiramla yad ediblər.

Dövlət qulluqçularını peşə bayramları münasibətlə təbrik edən Natiq Ağayev bildirib ki, Azərbaycanda müasir dövlət qulluğu sisteminin formalaşdırılmasında və inkişafında, demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunda Ümummilli lider Heydər Əliyevin əvəzsiz xidmətləri var.

Dövlət qulluğunda çalışmağın böyük məsuliyyət olduğunu bildirən Natiq Ağayev qeyd edib ki, dövlət qulluğu vətəndaşlara vicdanla xidmət etmək, qanunçuluğu və ədaləti qorumaq prinsipinə əsaslanır və bu sahədə çalışan hər bir şəxs bu ali vəzifənin məsuliyyətini bilməlidir.

Keçidlər