Göyçayda 20 Yanvar faciəsinin 35-ci ildönümü qeyd edilib
Göyçay şəhər Şəhidlər Xiyabanında 20 Yanvar faciəsi qurbanlarının xatirəsi dərin ehtiramla yad edilib.
Tədbirdə Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev, Milli Məclisin deputatı Məzahir Əfəndiyev, YAP rayon təşkilatının sədri, yerli hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər və ictimaiyyət nümayəndələri iştirak edib.
Rayon İcra Hakimiyyətinin Natiq Ağayev Şəhidlər Xiyabanındaki şəhidlərin abidə kompleksinə gül-çiçək dəstələri düzüb, 20 yanvar şəhidləri Rauf İsayev və Mehman Muradovun məzarları önünə əklik qoyub.
Sonra tədbir iştirakçıları tərəfindən vətənimizin azadlığı uğrunda canından keçən qəhrəman oğul və qızlarımızın xatirəsi anılıb.
Saat 12:00-da 20 Yanvar faciəsi şəhidlərinin, eləcə də Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Rayon ərazisində avtomobillərin hərəkəti dayandırılıb.