Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Göyçayda “2 İyul - Azərbaycan Polisi Günü” qeyd olunub

02 iyul 2025 | 18:30

Azərbaycan polisinin yaranmasının 107 illiyi  və “2 İyul - Azərbaycan Polisi Günü” münasibəti ilə Göyçay rayon Polis şöbəsində tədbir keçirilib.

Tədbirdə Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev, YAP Göyçay rayon təşkilatının sədri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, rayon Polis şöbəsinin şəxsi heyəti və veteranları iştirak ediblər.

Göyçay rayon Polis şöbəsinin əməkdaşları əvvəlcə şəhər mərkəzində ucaldılmış ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül-çiçək dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər.

Göyçay rayon Polis şöbəsinin inzibati binasında davam edən tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi, ümummilli lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev çıxış edərək polis əməkdaşlarını 2 iyul – Azərbaycan Polisi Günü münasibəti ilə təbrik edib, müstəqil dövlətçiliyimizin qorunmasında, ölkəmizdə sabitliyin təmin edilməsində Azərbaycan polisinin müstəsna xidmətləri olduğunu bildirib.

İcra başçısı N.Ağayev qeyd edib ki, Azərbaycan polisinin müstəqil dövlətimizə uyğun formalaşmasında xalqımızın Ümummilli lideri Heydər Əliyevin müstəsna rolu olub. 1998-ci ildən iyul ayının 2-si Ümummili Lider Heydər Əliyevin fərmanı ilə Azərbaycan daxili işlər orqanları əməkdaşlarının peşə bayramı günü kimi qeyd olunur. Ulu öndər Azərbaycana rəhbərliyi dövründə daxili işlər orqanlarının təşkilati və ideoloji cəhətdən möhkəmlənməsi, peşəkar kadrların irəli çəkilməsi ilə bağlı önəmli qərarlar qəbul edib. Bu gün də Prezident İlham Əliyev polis işçilərinə diqqət və qayğı ilə yanaşır. Dövlətimizin başçısının həyata keçirdiyi hərtərəfli islahatlar çərçivəsində daxili işlər orqanlarının müasirləşməsi üçün bütün lazımi tədbirlər görülüb. 

Göyçay rayon Polis şöbəsinin rəisi polis-polkovniki Müqalib Abdıyev Azərbaycan Polisi Günü münasibəti ilə şəxsi heyəti təbrik edib, səslənmiş bütün xoş söz və təbriklərə görə minnətdarlığını bildirərək Göyçay polisinin fəaliyətindən və gördüyü işlərdən söz açıb.

Daha sonra rayonda ictimai asayişin qorunub saxlanılmasında və keçirilən tədbirlərin təhlükəsizliyinin təmin olunmasında fəal iştirak etdiklərinə görə bir qrup polis əməkdaşına Göyçay rayon İcra Hakimiyyəti başçısının təşəkkürnamələri təqdim edilib.

Keçidlər