Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Göyçayda 2 fevral - Gənclər günü qeyd edildi

02 fevral 2023 | 19:13

2 fevral - Azərbaycan Gəncləri Günü münasibəti ilə rayon Gənclər Evində tədbir keçirildi. 

Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev, hüquq-mühafizə orqanlarının rəhbərləri, gənclər və ictimaiyyət nümayəndələri iştirak edib.

Heydər Əliyevin 100 illiyi ilə əlaqədar keçirilən tədbir Azərbaycanın dövlət himninin səslənməsi ilə başladı, ümummilli liderin və torpaqlarımızın ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 

Sonra Gənclər və İdman İdarəsinin rəisi Elşən Şirinov bu əlamətdar günün Heydər Əliyev ilində qeyd olunmasını xüsusi vurğulayaraq gəncləri təbrik edib.

Tədbirdə çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev Azərbaycanın çiçəklənməsi naminə gənclərə uğurlar arzulamış, əsası Ulu öndər tərəfindən qoyulmuş və bugün cənab Prezident tərəfindən uğurla davam etdirilən gənclər siyasətindən danışmışdır.

 Azərbaycan gəncliyinin istər pandemiya şərtləri çərçivəsində, istərsə də Vətən müharibəsi zamanı fəaliyyətini yüksək qiymətləndirmişdir. 

Tədbir rayon Uşaq Gənclər İnkişaf Mərkəzinin hazırladığı maraqlı proqramla davam etmişdir.

Sonda bir qrup gəncə gənclərlə iş sahəsində səmərəli fəaliyyətlərinə görə rayon İcra Hakimiyyəti başçısının təşəkkürnaməsi təqdim edilib.

Keçidlər