Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Göyçayda “2 fevral - Azərbaycan gəncləri günü” münasibətilə tədbir keçirilib

31 yanvar 2025 | 10:19

Göyçay Gənclər evində “2 fevral – Azərbaycan gəncləri günü” münasibətilə tədbir keçirilib.

Tədbirdə Göyçay Rayon İcra Hakimiyyətinin başçısının müavini Zivər Zeynalova, 44 günlük Vətən müharibəsi iştirakçıları, rayon Gənclər və İdman Sektorunun rəisi, Gənclər evinin direktoru, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Regional nümayəndələri və rayon gənclərinin bir qrupu iştirak ediblər.

Tədbir başlamamışdan öncə iştirakçılar Ümummilli Lider Heydər Əliyevin abidəsini və Şəhidlər Xiyabanını ziyarət edərək xatirələrini ehtiramla yad ediblər.

Göyçay Gənclər Evində davam edən tədbir Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, suverenliyi və  ərazi bütövlüyü uğrunda  canından keçmiş şəhidlərin əziz xatirəsini bir dəqiqəlik sükutla yad edilib, Azərbaycanın Dövlət Himni səsləndirilib. 

Daha sonra rayonun ictimai həyatında və mədəni-kütləvi tədbirlərdə fəal iştirak edən gənclərə rayon icra hakimiyyəti başçısının təşəkkürnamələri təqdim edilib.

Rayon Gənclər və İdman Sektorunun rəisi əvəzi Təranə Nuriyeva, Gənclər evinin direktoru Fərid Əkbərov,  44 günlük Vətən müharibəsi əlili Famil Nəsirov çıxış edərək  Azərbaycan gəncinin qəlbindəki güclü Vətən sevgisi sayəsində döyüşlərin əsas ağırlığını qəhrəmancasına öz üzərinə götürərək xalqımızın qələbə əzmini dünyaya nümayiş etdirdiyini və 44 günlük Vətən müharibəsində Zəfər salnaməsini yazdığını qeyd ediblər.

“Atv” telekanalında yayımlanan “ŞənGənc” layihəsində “Ən yaxşı ssenari” nominasiyasının qalibi olan Göyçay gənclərinin çıxışları əks edilmiş videoçarx nümayiş edilib.

Tədbir Uşaq Gənclər İnkişaf Mərkəzinin hazırladığı bədii proqramla davam edib.

 

Keçidlər