Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Göyçayda 2 fevral – 10 fevral gənclər həftəsi çərçivəsində intellektual yarış keçirilib

05 fevral 2025 | 15:00

2 fevral – 10 fevral gənclər həftəsi çərçivəsində Uşaq Səfirlər Məclisinin Göyçay üzrə region nümayəndələri tərəfindən “Nə? Harada? Nə zaman?” formatında bilik yarışı keçirilib

Yarışda 8 komanda mübarizə aparıb, ümumilikdə 24 sual səsləndirilib.

Nəticələrə əsasən, suallara ən çox düzgün cavab verən “The Void” komandası yarışın qalibi olub.

Qalib gələn ilk 3 komandaya diplomlar, bütün iştirakçı komandalara isə sertifikatlar təqdim edilib.

Tədbirdə Gənclərin İnkişaf və Karyera Mərkəzinin Dağlıq Şirvan regional nümayəndəliyinin rəhbəri Coşqun İsmayılov və Uşaq Səfirlər Məclisinin Göyçay üzrə region nümayəndələri Səbinə Quliyeva, Faiq Adıgözəlov, Maarif Eyvazov iştirak ediblər.

Keçidlər