Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Göyçayda 18 sentyabr - Milli Musiqi Günü münasibətilə tədbir keçirilib

20 sentyabr 2024 | 11:53

18 sentyabr adını Azərbaycanın musiqi mədəniyyətinə qızıl hərflərlə yazdırmış dahi bəstəkar, musiqişünas, pedaqoq, publisist, ictimai xadim Üzeyir Hacıbəylinin anadan olduğu gündür. Ümumilli lider Heydər Əliyevin 1996-cı ildə imzaladığı Sərəncamına əsasən “Azərbaycan musiqi sənətinin inkişafında misilsiz xidmətlərini nəzərə alaraq və böyük sənətkara xalq ehtiramını və məhəbbətini təcəssüm etdirmək məqsədilə” hər il bu tarix “Üzeyir musiqi günü” kimi qeyd olunur.

Bu münasibətlə Göyçay  rayonu Heydər Əliyev Mərkəzində Milli Musiqi Gününə həsr olunmuş tədbir keçirilib. Tədbirdə rayon icra hakimiyyəti başçısının müavini Zivər Zeynalova, Mərkəzi Aran Regional Mədəniyyət İdarəsinin, dövlət orqanlarının və təşkilatların nümayəndələri, mədəniyyət müəssisələrinin əməkdaşları iştirak ediblər.

Tədbirdə Üzeyir Hacıbəylinin bəstəsi olan  Azərbaycanın Dövlət Himni səslənib, şəhidlərin xatirəsi ehtiramla yad edilib. Çıxış edənlər,  rayon icra hakimiyyəti başçısının müavini Zivər Zeynalova, Mərkəzi Aran Regional Mədəniyyət İdarəsinin şöbə müdiri Natəvan Ağayeva dahi bəstəkarın zəngin yaradıcılığından, musiqi mədəniyyətimizin tarixindəki rolundan bəhs ediblər.

Tədbir zamanı musiqi mədəniyyətinə həsr olunmuş rəsm və kitab sərgiləri, musiqi məktəblərinin müəllim kollektivinin və şagirdlərinin ifasında dahi bəstəkarın əsərlərindən ibarət konsert proqramı nümayiş etdirilib.

Sonda  “Arşın mal alan” kinofilmi nümayiş olunub.

Keçidlər