Göyçayda 15 iyun – Milli Qurtuluş Günü münasibətilə konsert proqramı təşkil edilib
15 İyun - Milli Qurtuluş Günü münasibətilə Göyçay şəhərinin mərkəzində konsert proqramı təşkil edilib.
Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə və təşkilatların kollektivləri, ictimaiyyət nümayəndələri və rayon sakinləri iştirak ediblər.
Qeyd olunub ki, bu il Heydər Əliyevin anadan olmasının 100 illiyi, Milli Qurtuluşumuzun isə 30 ili tamam olur.
Son 30 ildə Ümummilli Lider tərəfindən qarşıya qoyulan vəzifələr uğurla yerinə yetirilərək Azərbaycan daha da inkişaf edir. Ulu Öndərin milli maraqlara əsaslanmaqla həyata keçirdiyi çoxşaxəli siyasət bu gün onun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkə başçısının rəhbərliyi ilə ərazi bütövlüyümüzün təmin olunması Ulu Öndər Heydər Əliyev strategiyasının uğurlu nəticəsidir.
Konsert rayon Mədəniyyət Mərkəzinin musiqiçilərinin və rayon məktəblilərinin ifasında maraqlı proqramla davam edib.
Yolun hər zaman işıqlı, müstəqilliyin əbədi olsun, Qurtuluşun mübarək Azərbaycan!