Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Göyçayda 12 Noyabr - Konstitusiya günü qeyd olundu

12 noyabr 2022 | 10:09

12 Noyabr -Konstitusiya günü Göyçay rayonunda da qeyd olundu. Göyçay rayon İcra Hakimiyyətinin başçısı  Natiq Ağayev, RİH başçısı aparatının əməkdaşları, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri Heydər Əliyev Parkına gələrək Ulu öndərin abidəsini ziyarət etdilər və əziz xatirəsinə gül dəstələri düzdülər.

Qeyd olundu ki, Azərbaycan Respublikasının ilk Konstitusiyasını hazırlamaq məqsədilə 1995-ci ilin mayında ulu öndər Heydər Əliyevin sədrliyi ilə Konstitusiya Komissiyası yaradıldı.

Konstitusiyanın qəbulu müstəqillik tariximizin ən mühüm hadisələrindən biri olmaqla yanaşı, ümummilli lider Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısındakı böyük xidmətlərindən biridir. Bu Konstitusiya müstəqil dövlət quruculuğu prosesini tənzimləyən, demokratik inkişafa təminat yaradan, cəmiyyətin siyasi, sosial, mədəni, iqtisadi sferalarında köklü dəyişiklikləri özündə ehtiva edən, qanunvericiliyin təkmilləşdirilməsində hüquqi baza rolunu oynayan mükəmməl və mütərəqqi sənəd idi.

Keçidlər